Ölkə

“İmtahandan keçməyən müəllimlər günahı özlərində görməlidirlər”

28 İyun 2024 18:20
Baxış: 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kimin yaxşı, kimin pis dərs dediyini inzibati amirlik üsulları ilə müəyyənləşdirmək mümkün deyil. Ona görə də ən uyğun yol müəllimlərin sertifikatlaşdırılması, imtahan edilmələridir".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib. 

"Müəllimlərin imtahan edilməsi isə qətiyyən onların nüfuzunun aşağı düşürülməsi kimi qiymətləndirilməməlidir. Təhsil millətin gələcəyidir. Ölkəmizin inkişafı, qüdrətli olması birbaşa təhsilimizin keyfiyyəti ilə bağlıdır. Təhsil sisteminin sağlamlaşdırılması bütün cəmiyyəti düşündürür və qarşıda dayanan ən vacib məsələlərdən biridir", - o bildirib.

Millət vəkili vurğulayıb ki, təhsilverənlərin imtahan edilməsi çox vacibdir:

"Millətimizin taleyini bir neçə savadsız müəllimin ixtiyarına buraxa bilmərik. İmtahan verib sertifikat alan müəllimlər işini davam etdirəcək, maaşları artacaq. İmtahandan keçməyənlər günahı özlərində görməlidirlər. Heç nəyi ideallaşdırmaq istəmirəm. Ancaq serifikatlaşdırma şəffaflıqdır, təhsilin təmizlənməsidir. Ona görə də cəmiyyətimiz sertifikatlaşdırma prosesinə normal yanaşmalı, bu işi müdafiə etməlidir. Sertifikatlaşdırma prosesini müsbət hesab edirəm və nəticələrini bir neçə il sonra görəcəyik. Təhsil bizim ümumi işimizdir, daim sağlamlaşdırılmasına çalışmalıyıq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.