Ölkə

Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpıldı: Ölən var - YENİLƏNİB - FOTO

1 İyul 2024 10:46
Baxış: 1 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:46

Kürdəmirdə iyunun 30-da baş verən Kürdəmirdə avtomobil qəzasında yaralanan çoban xəstəxanada ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, qəza zamanı ağır bədən xəsarəti alan çoban, 1972-ci il təvəllüdlü Şamil Qəni oğlu Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

---------
00:33

Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpılıb, 15-ə yaxın heyvan tələf olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 178-ci km-də rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1972-cil il təvəllüdlü Quliyev Şamil Qəni oğlunun idarə etdiyi "Mercedes" markalı minik maşını Gəncə istqamətində hərəkətdə olarkən yoldan keçən qoyun sürüsünə çırpılıb. Nəticədə 15 başa yaxın xırdabuynuylu heyvan tələf olub.

Hadisə zamanı avtomobildə olan sərnişin ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.