İran

Tehranın nüvə doktrinası dəyişdiriləcək?

2 İyul 2024 19:52
Baxış: 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ekzistensial təhlükə yaranarsa, Tehran nüvə doktrinasını yenidən nəzərdən keçirə bilər".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu İranın ruhani lideri ayətullah Əli Xameneinin müşaviri və İslam Respublikasının Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi deyib.

O, Britaniyanın "Financial Times" qəzetinə müsahibəsində vurğulayıb ki, İran nüvə silahının yaradılmasının əleyhinədir və Xamenei atom bombasının yaradılmasının islama zidd olduğunu bildirən fətva verib.

"Bununla belə, ekzistensial təhlükə ilə üzləşərsə, Tehran, təbii ki, öz doktrinasını dəyişməli olacaq", - deyə liderin müşaviri əlavə edib.

Xatırladaq ki, Xərrazi may ayında Qətərin "Əl-Cəzirə" telekanalına verdiyi müsahibədə İranın mövcudluğuna dair təhlükə yaranarsa, Tehranın hərbi doktrinasını dəyişməkdən başqa yolunun qalmayacağını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.