Rusiyada güneyli rejissor Cəfər Pənahinin "Sadə bir təsadüf" filmi planlaşdırılan tarixdə nümayiş etdirilməyəcək.
Milli.Az xəbər verir ki, Rusiya distribütoru bunun səbəbini Mədəniyyət Nazirliyinin icazə verməməsi ilə izah edib, lakin qadağanın səbəbi açıqlanmayıb. Filmin nümayişi oktyabrın 30-na nəzərdə tutulmuşdu.
Qeyd edək ki, "Sadə bir təsadüf" İran hökumətini tənqid edən və Kann Film Festivalında "Ən yaxşı film" nominasiyasında "Qızıl Palma" mükafatını qazanan Cəfər Pənahinin son filmidir. Film İranda rəsmi icazəsiz və hicabsız qadın aktyorların iştirakı ilə çəkilib, İran hökuməti isə onu qadağan olunmuş əsərlər siyahısına daxil edib.
Asya
Milli.Az