15 oktyabr 2025-ci il tarixində, saat 16:00-da Azərbaycan Milli İncəsənət Muzeyində "Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi" adlı mühazirə təqdim olunacaq.
D. Rivera Anauakali Muzeyinin direktoru Mariya Teresa Moya Malfavon tərəfindən keçiriləcək mühazirədə rəhbərlik etdiyi muzeyin ilk önəmli beynəlxalq layihəsi olaraq AMİM-də baş tutan "Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi" sərgisi haqqında ətraflı məlumat veriləcək.
Tədbir iştirakçıları dünyaca məşhur meksikalı rəssam, güclü ictimai mövqeyi ilə seçilmiş D.Riveranın Meksika və ölkə xaricində müxtəlif binalar üçün işlədiyi divar rəsmləri, xalqın ruhunu, əmək insanlarını, sosial ədalət ideyalarını əks etdirən məşhur əsərləri ilə yaxından tanış olacaqlar. Mühazirə dinləyiciləri Riveranın sənət fəlsəfəsi, onun gələcəyə dair baxışları və əsərlərində verdiyi sosial mesajlarla bağlı maraqlı məlumatlar əldə edəcəklər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az