Mədəniyyət

Dramaturq İlqar Fəhminin 50 illik yubileyi keçirilib - FOTOlar

14 Oktyabr 2025 16:30
Baxış: 305
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yazıçı, dramaturq İlqar Fəhminin 50 illik yubileyi keçirilib.

Dövlət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yubiley tədbirində Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Əməkdar artist Nicat Kazımov çıxış edərək yazıçını yubiley münasibəti ilə təbrik edərək, onun həyat və yaradıcılığından bəhs ediblər.

Daha sonra İlqar Fəhmi teatrın Fəxri mükafatı ilə təltif olunub və yubileyinə həsr olunan "Şah Abbas Namə" tamaşası nümayiş etdirilib.

Tamaşa yazıçı-dramaturq İlqar Fəhminin "Şahnamə" pyesi əsasında hazırlanıb. 

Səfəvi-Qızılbaş imperiyasının yüksəliş dövrünə həsr olunan ikihissəli tarixi dramın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı teatrın baş rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Aygül Quliyeva, rejissor Səbinə Məmmədzadə, rejissor assistentləri Fuad Cavadzadə, Nəsibə Canəliyevadır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.