İdman

Ukrayna millisinin futbolçusu Azərbaycanla oyundan danışdı

14 Oktyabr 2025 16:22
Baxış: 498
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Azərbaycanla oyun asan keçmədi. Amma əsas odur ki, qalib gəldik. Artıq növbəti matça hazırlaşacağıq".

Milli.Az xəbər verir ki, bu sözləri Ukrayna millisinin futbolçusu Ruslan Malinovski DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib.

Yarımmüdafiəçi bir çox fürsətlərdən yararlana bilmədiklərini söyləyib:

"Təbii ki, təzyiq və məsuliyyət var idi. Bəzən bir qədər tələskən oynadıq - tez birinci, ikinci, üçüncü qolu vurmaq istəyirdik. Ola bilər ki, bu, bizə bir az zərər verdi. Əsas olan qələbədir.Gözləntilərə görə, İslandiya ilə oyun daha çətin olmalı idi, amma nəticədə əksinə oldu. Futbolda hər şeyi epizodlar həll edir" .

Qeyd edək ki, 4 turdan sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. Xallarının sayını 7-yə çatdıran Ukrayna seçməsi isə 2-ci pillədə yer alıb. Komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.