İdman

"Zirə"nin Avropa Liqasındakı rəqibi heyətini yeni futbolçu ilə gücləndirib

28 İyun 2024 22:10
Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zirə" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan "Şerif" (Moldova) heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Tiraspol təmsilçisi Alesio Miyanı heyətinə qatıb.

23 yaşlı futbolçu sonuncu dəfə Albaniyanın "Tirana" klubunda çıxış edib.

Qeyd edək ki, "Şerif" və "Zirə" arasında keçiriləcək ilk görüş iyulun 11-də, saat 21:00-da "Şerif" İdman Kompleksində reallaşacaq. Cavab oyunu isə bir həftə sonra "Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.