Ölkə

Bakıda piyadalar üçün dərs - Polis ölüm anlarını göstərdi

8 Oktyabr 2025 18:37
Baxış: 439
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Paytaxtın Nizami rayonunda polis əməkdaşları keçidlərdən istifadə etməyən vətəndaşlara piyadaların həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisələrinin real görüntülərini nümayiş etdiriblər.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları paytaxtın Qara Qarayev prospekti və ətraf küçələrində maarifləndirici tədbir keçiriblər.

Tədbir zamanı yeraltı keçidlərdən və piyada zolaqlarından istifadə etməyən şəxslərə xəbərdarlıq edilib, qaydalara əməl etməyin vacibliyi izah olunub. Söhbətlər zamanı piyadaların iştirakı və ölüm faktı ilə nəticələnmiş qəzaların real görüntüləri nümayiş etdirilib.

Vətəndaşlara bildirilib ki, belə faciələrin qarşısını almağın yeganə yolu müəyyən olunmuş keçidlərdən istifadə etmək və yol hərəkəti qaydalarına riayət etməkdir.

Paytaxt ərazisində bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.