Gündə iki saat işləyərək bir ildə 1 milyon dollar qazandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-də yaşayan Dawon Metyus gənclik illərində yaşadığı məhkumluğa görə iş tapa bilmədiyi üçün sahibkarlığa yönəlib. 32 yaşında maliyyə sabitliyinə çatan Metyus hazırda gündə cəmi iki saat işləməklə ildə 1 milyon dollardan çox gəlir əldə edir.
Filadelfiyada doğulan Metyus gəncliyini "çətin başlanğıc" adlandırır. Universitet illərində bir davaya görə "ağır hücum" ittihamı ilə 6 ay həbs cəzası alıb, daha sonra isə sürücülük vəsiqəsi olmadan maşın sürdüyü üçün yenidən cərimələnib.
Cəmiyyətin keçmişinə görə ona şans vermədiyini deyən Metyus yüzlərlə iş müraciətindən rədd cavabı aldıqdan sonra öz biznesini qurmaq qərarına gəlib.
2017-ci ildə uşaqlıq dostu Darnell Hintonla birgə "Wonderful Cleaning" adlı təmizlik şirkəti yaradıb. Əvvəlcə qardaşının evini təmizləyən Metyus daha sonra kommersiya obyektləri ilə müqavilələr bağlayıb. İki il ərzində aylıq qazancı 12 min dollara çatıb.
Təmizlik işindən qazandığı pulla 2020-ci ildə ikinci şirkəti - "R&R Junk Removal" (tullantı toplama xidməti) qurub. Birinci ildə bu işdən 100 min dollar gəlir əldə edib. Ardınca qazancını daşınmaz əmlaka yatıraraq Filadelfiyada 16 daşınmaz mülk alıb və onlardan aylıq təxminən 11 min dollar passiv gəlir qazanmağa başlayıb.
2024-cü ildə Hyustona köçən Metyus 40 min dollarlıq kredit götürərək "Goodies Soul Kitchen" adlı mobil yemək yük maşını açıb. KFC-də az müddət işlədiyinə baxmayaraq, yemək biznesi barədə bilgisi yox idi. İlk günlər çətinliklər yaşasa da, sonda öz aşpazı olaraq işi öyrənib və sistemi təkmilləşdirib.
Menyuda qızardılmış toyuq, quzu əti, balıq və şirin kartof püresi kimi yeməklər təqdim olunur. Restoran axşam 19:00-dan səhər 03:00-a qədər açıq olsa da, Metyus şəxsən gündə yalnız 2 saat işin başında olur.
"Goodies Soul Kitchen" 2024-cü ildə 1 milyon dollardan çox gəlir əldə edib. Metyus 2025-ci ilin sonuna qədər bu göstəricinin daha da artacağını gözləyir.
Matthews-un uğur sirri - keçmişindən utanmaq əvəzinə, fürsətləri özü yaratmaq və sistemli işləməkdir. O, zəncirvi restoranlardan ilham alaraq "uğurun yeməkdə deyil, xidmətdə və keyfiyyətdə" olduğunu vurğulayır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Göygöldə 32 yaşlı kişi bıçaqlandı
-
Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
-
Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - (Video)
-
Nəsrin Cavadzadə fotoları ilə diqqət çəkdi
-
Sabah Sabunçuda qaz olmayacaq
-
Bakıda məşhur restoranı su basdı - (Video)
-
Cem Yılmaz evə buraxıldı
-
Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi
-
İnsanlar yenidən kabel qulaqlıqlara qayıdır: Səbəbi nədir?
-
Ceyk Pol yenidən böyük rinqə qayıdır
-
“Poyraz Karayel”in “Sinan”ı illər sonra - (Foto)
-
Sumqayıt sakini bıçaqlandı - 71 yaşlı atası saxlanıldı - Yenilənib
-
FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib
-
Bakıda dolu yağacaq - xəbərdarlıq
-
Nərmin Ələkbərovaya vəzifə verildi
-
“The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
-
Premyer Liqa: "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib
-
Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə öldü - (Foto)
-
Messi millidəki karyerasını başa vurub
-
Qardaşından Cem Yılmaza ölüm arzulayanlara sərt cavab
-
Qarabağda bədbəxt hadisə - 2 nəfər öldü - (Foto)
-
Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
-
Mirel Redoy istefa verdi
-
Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı açıqlama





