Dünya

Almaniyalı mer qızı tərəfindən bıçaqlandı - FOTO

8 Oktyabr 2025 19:20
Baxış: 368
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Almaniyanın Herdecke şəhərinin yeni seçilmiş meri İris Ştalzerin evində yeniyetmə qızı tərəfindən bıçaqlandığı ehtimal olunur. Rəsmilər merin həyatının artıq təhlükədə olmadığını açıqlayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 57 yaşlı İris Ştalzer 28 sentyabrda Qərbi Almaniyanın Herdecke şəhərinin meri seçilmişdi və 1 noyabrda vəzifəsinin icrasına başlamalı idi. Qızı polisə zəng edərək anasının evinin qarşısında quldurluq zamanı ağır yaralandığını bildirib.

Polis evə çatdıqda Ştalzeri bir kresloda oturmuş və bədənində çoxsaylı bıçaq xəsarətləri ilə tapıb. Araşdırmalar nəticəsində hücumun küçədə deyil, evin içində baş verdiyi müəyyən edilib. Ştalzer helikopterlə xəstəxanaya çatdırılıb və vəziyyəti sabitləşib.

İstintaq zamanı evdə iki bıçaq və hadisə zamanı istifadə olunduğu güman edilən geyimlər aşkar edilib. Polis Ştalzerin 17 yaşlı qızını və 15 yaşlı oğlunu saxlayıb. Polis müstəntiqinin sözlərinə görə, mer axşam dindirilərkən hücum edən şəxs kimi öz qızını göstərib.

Prokuror hadisəni "bədənə qəsdən xəsarət yetirmə" kimi qiymətləndirib. O qeyd edib ki, hazırda uşaqların azadlığa buraxılması və onların gənclərlə iş üzrə sosial xidmət orqanlarının nəzarətinə verilməsi nəzərdə tutulur. İstintaq isə davam edəcək.

Herdecke şəhəri Qərbi Almaniyanın Ruhr bölgəsində, Hagen və Dortmund şəhərləri arasında yerləşir və təxminən 23 min nəfər əhalisi var.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.