ABŞ PUA-larının Qara dəniz üzərində uçuşları NATO ilə Rusiya arasında birbaşa qarşıdurma riskini artırır.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
Rusiya MN qeyd edib ki, ABŞ-ın strateji pilotsuz təyyarələrinin Qara dəniz üzərində uçuşlarının intensivliyi artıb:
"Bu dronlar kəşfiyyat aparır və Ukrayna ordusunun aldığı Qərbin dəqiq silahlarının hədəflərini göstərir. Bu, ABŞ və NATO ölkələrinin Ukrayna tərəfində müharibəyə getdikcə daha çox cəlb olunduğunu göstərir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun