ABŞ bununla Ukrayna müharibəsinə qoşulub - Rusiya MN

28 İyun 2024 23:45

ABŞ PUA-larının Qara dəniz üzərində uçuşları NATO ilə Rusiya arasında birbaşa qarşıdurma riskini artırır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Rusiya MN qeyd edib ki, ABŞ-ın strateji pilotsuz təyyarələrinin Qara dəniz üzərində uçuşlarının intensivliyi artıb:

"Bu dronlar kəşfiyyat aparır və Ukrayna ordusunun aldığı Qərbin dəqiq silahlarının hədəflərini göstərir. Bu, ABŞ və NATO ölkələrinin Ukrayna tərəfində müharibəyə getdikcə daha çox cəlb olunduğunu göstərir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun