Ölkə

Əhaliyə zəlzələ ilə bağlı müraciət edildi

28 İyun 2024 09:54
Baxış: 5 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün səhər saatlarında Azərbaycanın cənub bölgəsində baş verən və maqnitudası 5 olan zəlzələ hiss olunan zəlzələ olsa da, bundan vətəndaşlarımızın təşvişə düşməsinə əsas yoxdu".

Milli.Az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzinin əhaliyə müraciətində bildirilib.

Qeyd olunub ki, ərazimiz seysmik bölgədir.

"Cənub bölgəmiz, əsasən də Talış dağlıq bölgəsi seysmik zonadı. Bu baxımdan da bölgədə vaxtaşırı hiss olunan zəlzələlər olur və bu seysmik zonalara xarakterik haldır. Maqnitudası 5 və 5 -dən yuxarı olan zəlzələlərdən sonra ərazidə zəif təkanların, afterşokların qeydə alınması ola bilir. Zəlzələ təbiət hadisəsidir və onun dəqiq proqnozu yoxdur. Odur ki, vətəndaşlarımız bir qədər təmkinli olsunlar və yalnız rəsmi məlumatları izləsinlər", - deyə açıqlamada əlavə olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.