Dünya

Zelenskidən Rusiyaya yeni təklif

30 İyun 2024 19:32
Baxış: 1 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışıqların yeni şərtlərini açıqlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "The Philadelphia Inquirer" məlumat yayıb.

Onun sözlərinə görə, bu gün yalnız bir model: "taxıl dəhlizi"nin işində iştirak edən vasitəçilərlə üçtərəfli müqavilə əsasında danışıqlar aparıla bilər:

"Ukrayna həll yolu üçün model tapa bilər. Bu model ilk dəfə "taxıl dəhliz"i timsalında, Ukraynanın Rusiya ilə deyil, BMT və Türkiyə ilə danışıqlar apardığı zaman istifadə edilib.

Onlar da öz növbəsində bizimlə danışıqlar aparmaq, sonra isə Rusiya Federasiyası ilə müvafiq müqavilə imzalamaq öhdəliyini öz üzərlərinə götürdülər. Və bu işlədi: iki güzgü razılaşması əldə olundu, onların arasında BMT və Türkiyə də var. Oxşar model ərazi bütövlüyü, enerji məsələlərində müxtəlif qitələrdən olan ölkələr müəyyən böhrana həll yolları hazırlayarkən tətbiq edilir. Sonra isə bu sənəd, əgər Ukraynaya uyğundursa, Rusiya Federasiyasının nümayəndələri ilə də müzakirə edilməlidir. Hələlik bizdə yalnız bu model var".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.