İdman

Spalletti qovulmayacaq

30 İyun 2024 18:24
Baxış: 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Luçano Spalletti İtaliya yığmasını tərk etməyəcək.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina bildirib.

Qurumun rəhbəri AVRO-2024-də uğursuz çıxış edən "Skaudra Adzurra"nın çalışdırıcısına etimad göstərdiklərini deyib: "Spalettiyə tam güvənirik. Onunla davam edəcəyik. Biz heç yığmanın heyətində böyük turnirlərdə oynamayan futbolçularla Avropa çempionatında qələbəyə iddia etmirdik".

Qeyd edək ki, Spalletti 2023-cü ilin avqustundan İtaliya yığmasına rəhbərlik edir. Komanda onun rəhbərliyi ilə Avropa çempionatının 1/8 finalında İsveçrəyə uduzub - 0:2.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.