Mədəniyyət

Şuşada ilk dəfə Kəlağayı festivalı keçirildi

30 İyun 2024 20:07
Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ilk dəfə Kəlağayı festivalı keçirilib.

Bu barədə Milli.Az-a İctimai Birlikdən məlumat verilib.

Məlumata görə, festival "Sazlı, sözlü kəlağayı günləri" layihəsi çərçivəsində Şuşa Dövlət Qoruğu İdarəsinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Bildirilib ki, festival çərçivəsində Şuşa sakinlərinə qədim kəlağayılar, qurama əl işləri, rəsm əsərləri, kitablar təqdim edilib və konsert təşkil olunub. Sərgidə 200 qədimi kəlağayı, Güllü Eldar Tomarlının toxunma əl işləri, rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri, quramaçı Aybəniz Camalovanın əl işləri, yeni işıq üzü görən ''Anam - kəlağaydı, kəlağay - anam...'' kitabı təqdim olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.