Mədəniyyət

Qarabağda “Mədəniyyət rüzgarı”: Xalq artisti Zəhra Quliyeva Bərdədə ustad dərsi keçib - FOTO

28 Oktyabr 2025 17:55
Baxış: 267
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən (MEMİM) Qarabağ bölgəsində təşkil olunan "Mədəniyyət rüzgarı" layihəsi davam edir. 

Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşan layihə çərçivəsində Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbində violin ifaçısı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyevanın iştirakı ilə ustad dərsi keçirilib. 

Tədbirdə  Qarabağ Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi - Bərdə rayonu üzrə nümayəndə Fərid Hacıyev ustad dərsinin təşkilinə görə təşəkkürünü bildirib, bu kimi layihələrin istedadlı uşaq və gənclərin müvafiq ixtisas üzrə inkişafına töhfə verdiyini vurğulayıb. 

MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova bildirib ki, ustad dərsinin məqsədi şagirdlərin musiqi zövqünün zənginləşdirilməsi, onlara peşəkar vərdişlərin aşılanmasıdır.

Sonra Bərdə rayon 1 nömrəli uşaq incəsənət və şəhər 2 nömrəli uşaq musiqi məktəbinin şagirdləri ifalarını təqdim ediblər. 

Xalq artisti Zəhra Quliyeva violin alətinin ifa texnikası ilə bağlı maraqlı məqamları diqqətə çatdırıb, tövsiyələrini verib. Pedaqoq tərəfindən müəllim və şagirdlərin sualları ətraflı cavablandırılıb.
Sonda Zəhra Quliyeva incəsənət məktəbinə kitablar hədiyyə edib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.