Dünya

Everestdə ölüm düşərgəsi - yüzlərlə meyit tapıldı

29 İyun 2024 02:02
Baxış: 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən hündür dağının yamaclarında buzlaqların kütləvi şəkildə əriməsi nəticəsində Everestə qalxarkən həlak olan yüzlərlə alpinistin meyiti aşkarlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ölənlərin qalıqlarını dağdan endirmək üçün nepallı alpinistlər və hərbçilər əməliyyat həyata keçiriblər.

Məlumata görə, 30-a yaxın hərbi alpinistdən ibarət komanda yalnız beş nəfərin meyitini çıxara bilib, lakin buzluqların altında hələ yüzlərlə qalıq var.

1920-ci illərdə Everestə ilk yüksəlişlər başlayandan bəri 2024-cü ildə səkkiz alpinist də daxil olmaqla 300-dən çox insan həlak olub. Onların əksəriyyəti səkkiz min metrdən başlayan ölüm zonasında həlak olublar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.