İdman

Bilərəkdən özünü zədəli kimi göstərdi - Bütün dünya onu alqışladı - FOTO

27 Fevral 2026 21:24
Baxış: 479
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Liqa 1-də müsəlman futbolçuların oruclarını açması üçün oyunun dayandırılmasına icazə verilmədiyi bir vaxtda "Nant"ın qapıçısı Antoni Lopeş hər kəsi heyran qoyan addım atıb. O, komanda yoldaşlarının iftar edə bilməsi üçün bilərəkdən özünü zədəli kimi göstərərək oyunu dayandırıb.

Milli.Az xəbər verir ki, Fransa Futbol Federasiyası (FFF) liqa oyunlarında iftar fasiləsinə rəsmi icazə vermir. Bu qadağa fonunda "Nant"ın qapıçısı qeyri-adi üsula əl atıb.

Oyunun iftar vaxtına təsadüf edən dəqiqələrində Antoni Lopeş heç bir fiziki təmas olmadan özünü yerə ataraq zədələndiyini bəyan edib.

Tibbi heyət sahəyə daxil olub Lopeşə "yardım" etdiyi bir neçə dəqiqə ərzində "Nant"ın müsəlman futbolçuları meydan kənarına gələrək su içib və oruclarını açıblar.

Sosial mediada sürətlə yayılan bu görüntülər qısa zamanda milyonlarla bəyənmə toplayıb. İstifadəçilər qapıçının bu hərəkətini "komanda yoldaşlarına möhtəşəm dəstək" və "insanlıq nümunəsi" kimi qiymətləndiriblər.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.