Hadisə

İmişlidə güclü yanğın başlayıb - VİDEO

27 Fevral 2026 20:34
Baxış: 442
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İmişli rayonunda güclü yanğın başlayıb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə İmişli rayonu, Əlyetməzli kəndində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb ediliblər.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Yanğın baş verən əraziyə polis əməkdaşları da cəlb olunublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.