Dünya

"Nüvə silahı təklif etsəydilər, məmnuniyyətlə qəbul edərdim"

28 Fevral 2026 16:56
Baxış: 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Böyük Britaniya və Fransadan nüvə silahı təklifi gəlsəydi, bunu məmnuniyyətlə qəbul edərdi, lakin belə bir təklif olmayıb.

Milli.Az xəbər verir ki, o, bu barədə "Sky News"a müsahibəsində danışıb.

"Mən Böyük Britaniya və Fransadan nüvə silahını məmnuniyyətlə qəbul edərdim, amma belə təklif olmayıb. Məmnuniyyətlə qəbul edərdim. Ruslar bilməlidirlər ki, əgər kimsə istəsəydi... Amma bu baş vermir", - deyə Zelenski bildirib.

Xatırladaq ki, daha əvvəl Rusiya kəşfiyyatı Böyük Britaniya və Fransanın Ukraynaya nüvə silahı və onun daşıyıcı vasitələrinin verilməsi üzərində işlədiyini iddia etmişdi. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.