İdman

“Fənərbağça” və “Qalatasaray” futbolçuları həbs ediləcək?

28 Fevral 2026 15:38
Baxış: 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Superliqasında çıxış edən iki futbolçunun idman yarışlarına pul qoyuluşu etməsi səbəbindən ciddi həbs cəzası alacağı bildirilir.

Milli.Az-ın məlumatına görə, istintaqın hədəfində Fənərbağçanın kapitanı Mert Hakan Candaş və Qalatasarayın üzvü Metehan Baltacı dur.

İddianaməyə əsasən, Candaş üçün 17 ilə qədər, Baltacı üçün isə 13 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb olunur. Araşdırmalar göstərib ki, Baltacı 2021-ci ilin mart və aprelində keçirilmiş "Qalatasaray" - "Rizespor" və "Qalatasaray" - "Göztəpə" oyunlarına mərc edib. O, həmin görüşlərdə ehtiyat oyunçular sırasında olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.