“Dodaq şişirtməklə aparıcı olmurlar”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uzun illər "Ailələr, talelər" verilişi ilə tamaşaçıların yaddaşında iz qoyan televiziya aparıcısı, Əməkdar artist Nailə İslamzadə Musavat.com-a müsahibə verib.
Milli.Az xəbər verir ki, o, bağlanan verilişlərlə bağlı danışıb.
- Artıq bir aya yaxındır telekanallarda narazılıq doğuran bir sıra sosial verilişlər bağlanıb. Sizcə nələr dəyişdi? İndi rahatlıqla TV-yə baxa bilirsinizmi?
- Açığı, bu barədə konkret fikir bildirmək üçün mütəmadi izləmək lazımdır. Son vaxtlar bir qədər məşğul olmuşam, ona görə də verilişləri izləməyə çox imkanım olmayıb. Nələrin dəyişdiyini tam deyə bilmərəm.
- Əksər insanlar da bildirir ki, evlərində Azərbaycan telekanallarına baxmırlar. Sizcə, son dövrlər Azərbaycan telekanallarında ən maraqlı verilişlər hansılardır? Siz özünüz daha çox nə izləyirsiniz?
- Mən bu fikirlə razı deyiləm ki, Azərbaycan televiziyasında baxımlı heç nə yoxdur. Azərbaycan teleməkanında çox gözəl jurnalistlər, aparıcılarımız var. Xüsusilə İctimai Televiziyanın bütün verilişləri baxımlıdır - burada çalışıram deyə demirəm. O biri kanallarda da var. Ümumiyyətlə, yaxşı və pis kanal anlayışı yoxdur, yaxşı və pis veriliş var. Yəni "bu kanal pisdir" demək düzgün deyil, verilişlərə görə qiymət verilir. O ki qaldı yığışdırılan verilişlərə, onlar efiri zəbt etmişdi. O verilişlər efirin ən baxılan vaxtında yayımlanırdı. Halbuki sosial verilişlər günorta saatlarında verilməlidir ki, evdə olan insanlar üçün uyğun olsun. Evdə oturanlar inciməsin, bu verilişlər onların başını qatmaq üçün günorta vaxtı verilir. İşdən gələn adamın başqasının ailə problemi nəyinə lazımdır?! Sosial verilişlər hər yerdə var, indi də ola bilər. Sadəcə, bəzən əndazədən çıxanda insanları qıcıqlandırır. Problem verilişin özündə deyil, onun idarə olunmasındadır. Əgər həm aparıcılıqda, həm məzmunda düzəlişlər olsaydı, bu verilişlər baxımlı ola bilərdi. Burada daha çox verilişin siyasəti düzgün qurulmalı idi, bu da rəhbərlik tərəfindən tənzimlənməlidir. Çünki aparıcılar da rəhbərə tabedir. O verilişlər də yenə davam edə bilərdi.
- Siz də digər AZTV aparıcıları kimi bir örnək olmusunuz, həm geyiminiz, həm də özünüzü aparmağınızla. "Ailələr- talelər" dillər əzbəri idi. Amma indi bəzi aparıcılar deyir ki, indiki dövrdə o cür verilişlər reytinq qazanmazdı, çünki o zaman seçim az idi... Bu fikirlərlə razısınızmı?
- Xeyr, qətiyyən razı deyiləm. Mən indi də veriliş aparıram, bəs niyə baxılır? Sosial mövzular çox maraqlıdır. Əgər bu mövzular cəmiyyəti düşündürən şəkildə, düzgün təqdim olunsa, çox faydalı verilişlər ortaya çıxar. Cəmiyyəti narahat edən, düşündürən problemlər qoyulsa, ailədə fərdlərin münasibətləri düzgün təqdim edə bilsəydilər, faydalı veriliş ola bilərdi. Biz azərbaycanlıyıq və heç bir millətlə özümüzü müqayisə edə bilmərik. Cəmiyyətin qəbul etdiyi və etmədiyi dəyərlər var. İndi televiziya şounu sevir. Maraqlı olmaq üçün verilişlərə şou elementlərindən istifadə edilə bilər, amma bizdə həddindən artıq şişirdilir və tamaşaçı da bunu görür. Bu zaman veriliş tamaşaçı gözündə dəyərini itirir. "Ailələr, talelər" verilişinin efirə getmədiyi müddətdən 20 il keçib - sonuncu buraxılışı 2006-cı ildə yayımlanıb. Bir nəfər məndən soruşmadı ki, niyə 20 ildə bu veriliş niyə unudulmur?! Niyə soruşmurlar ki, axı sən nə edirdin onu tənqid etmirdilər? Mən bəzən o verilişlərdə işləyənlərə deyirdim, amma pul qazanmaq hissi hər şeyi üstələyir.
- Televiziyalar bu verilişlərin tamaşaçı tələbi ilə hazırlandığını deyirdilər, bundan gəlir əldə etdiklərini də gizlətmirdilər...
- Televiziya siyasətidir, oturub düşünsünlər. Televiziyanın üç əsas istiqaməti var: informasiya, maarifləndirmə və əyləncə. Bu istiqamətlər əsasında düşünməlidirlər ki, tamaşaçını necə cəlb etsinlər. Həmişə demişəm ki, televiziya kazino deyil, dəyər itirilərək qazanılan pul əslində itkidir. Reytinq mədəniyyət demək deyil. Reytinq baxış sayıdır. Ümumiyyətlə, reytinq sözünə nifrət edirəm.
- Bir çox ölkələrdə yayımlanan beynəlxalq veriliş formatları var ki, bizdə uğursuz alınıb, davam edə bilməyib. Əsasən də Rusiyada gedən proqramlarla müqayisə etdikdə biz bu fərqi görürük...
- Alınır, sadəcə düzgün etmirlər ki, alınmır. Bizim "Ötən günlər" verilişini Rusiyada "Subbotnım vecerom" verilişindən götürmüşdük. Amma biz onu milliləşdirdik. Məsələn, öz verilişimdə ssenarini özüm yazıram, suallar komandamız tərəfindən hazırlanır, qəhrəman öyrənilir və nəticədə veriliş bizimkiləşir. Hamı da qəbul edir. Bir çox beynəlxalq layihələr var- "Milyonların şousu", "Səs Azərbaycan" və digər bu qəbildən olan verilişlər var. Bu formatlar müxtəlif ölkələrdə də tətbiq olunur. Əsas məsələ onu düzgün uyğunlaşdırmaqdır. Buna telekanal rəhbərliyi, əgər edə bilmirsə, müvafiq qurumlar nəzarət etməlidir. Nəzarət senzura deyil, cəmiyyəti düşünmək deməkdir.
- Hər zaman geyiminiz, xarici görünüşünüzlə fərqlənmisiniz. İndi aparıcılara nəzər salırıq, açıq geyimlər, şişmə dodaq, çəkmə qaşlar, bədən şəkilləndirmə sanki mütləq olmalıdır? Siz buna necə baxırsınız?
- Gərək elələrini işə götürməsinlər. Qadın gözəl olmaq istəyir, bu normaldır. Amma bu, şişirtmə ilə gözəllik olmur axı. Qadınlar müxtəlif təbəqələrə bölünürlər. Bir var eleqant, özünə hörmət edən qadın , o heç vaxt siz sadalağınız əməllər etməz. Heç bir eleqant qadının geyimində açıq-saçıqlıq görməzsən, bədəninə tam yapışmış paltar görməzsən. Hər geyimin də öz yeri var: çimərliyin öz paltarı var, ictimai nəqliyyatda gedənin öz paltarı var, istirahət geyimində tədbirlərə gedə bilməzsən. Efirin də öz qayda-qanunu var. Efir o demək deyil ki, mütləq bəzənib çıxmalıyam. Şou verilişlərinin aparıcıları bəzənməlidir, amma əndazədən çıxmamalıdırlar. Bunlar hamısı efir mədəniyyətidir. Bunları bilməyən insanlar efirə gərək buraxılmasın.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nailə İslamzadənin oğlu ilə maraqlı rəqsi - (Video)
-
Nişanını qaytaran Nigar Tofiqdən diqqət çəkən sözlər - (Video)
-
Tupak Şakurun qatilinə bu cəza verildi
-
"Tupak Şakurun qətlini təşkil edən şəxs ömürlük həbsə məhkum edilib" - (Foto)
-
Elxan Müzəffərov vəfat etdi - (Foto)
-
İki çempion “Survivor 2027”də - (Foto)
XƏBƏR LENTİ
-
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
-
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yayıb
-
FETÖ-nü darmadağın etdilər, nurçuluğu qorudular: Türkiyə iqtidarının ikili standartı
-
Ayın 15-də leysan yağacaq - Proqnoz
-
Azərbaycanda 47 min iş yeri açılacaq
-
Sergey Lavrov Bakıya gəlir
-
Hansı meyvə və tərəvəzləri dondurmaq olmaz? - Açıqlama
-
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bu il VI Buktreyler Beynəlxalq Film Festivalının Münsiflər Heyəti bəlli oldu
-
12 il əvvəlki kredit borcu hələ də silinməyib - Vətəndaşdan əlavə pul tələb olunur - (Video)
-
Valideynlərə və müəllimlərə məktəbli forması ilə bağlı çağırış
-
Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq
-
Pensiya alanlara şad xəbər
-
Doğum tarixinizə görə hansı hadisələr sizi gözləyir?
-
Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi
-
Azərbaycanın təcrübəsi tərəfdaş dövlətlər üçün çox faydalı ola bilər - Kamaləddin Qafarov
-
Kənd yumurtası alanlara pis xəbər
-
Baku International Arts Festival yenidən Bakıda keçiriləcək: teatr, musiqi, rəqs və müasir incəsənət bir arada - (Foto)
-
Eviniz bu ərazilərdən birindədirsə, "kupça" ala bilməzsiniz
-
Prezident İlham Əliyev: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir
-
Pepe yeni vəzifəyə seçildi
-
Kiyevə raket hücumu: Ölənlər və yaralananlar var - (Foto)
-
Bədbəxt hadisə keçirmiş polkovnik-leytenant vəfat etdi
-
Azərbaycanda ət niyə bahalaşır? - ARAŞDIRMA





