Şou-biznes

Hacı Nuranın bu istedadı da varmış - Hamı TƏƏCCÜBLƏNDİ - VİDEO

28 Fevral 2026 16:50
Baxış: 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xeyriyyəçi fəaliyyəti və televiziya aparıcısı kimi tanınan Hacı Nuran Hüseynov bu dəfə tamam fərqli tərəfi ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Hacı Nuranın akkordeonda və digər musiqi alətlərində ifa etməsi izləyicilərin marağına səbəb olub. Onun musiqini hiss edərək ifa etməsi paylaşıma qısa zamanda çoxsaylı baxış və rəylər qazandırıb.

Videoda aparıcının akkordeonda melodiyalar səsləndirməsi, ritmi dəqiqliklə tutması və musiqiyə uyğun improvizələr etməsi diqqətdən qaçmayıb. İzləyicilər onun bu istedadını "görünməyən tərəf" adlandıraraq təəccüblərini gizlətməyiblər.

Paylaşımın altına çoxsaylı şərhlər yazılıb. 

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.