Maraqlı

Toyda bəyin hədiyyələri GÜNDƏM OLDU: Ev, maşın, tarla... - VİDEO

28 Fevral 2026 13:48
Baxış: 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Antalya şəhərində ailə quran gənc cütlük toy mərasimində aldıqları hədiyyələrlə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, bəyin nənəsi yeni evlənənlərə ev, son model avtomobil və tarla hədiyyə edib. Toy zamanı elan olunan bu hədiyyələr mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Hadisənin görüntüləri qısa zamanda sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər nənənin nəvəsinə etdiyi bu jesti böyük sevgi və dəstək nümunəsi kimi qiymətləndiriblər. Digərləri isə bu qədər bahalı hədiyyələrin nümayiş etdirilməsini mübahisəli hesab edərək müxtəlif rəylər yazıblar.

Müzakirələrdə xüsusilə toy ənənələri, ailə dəstəyi və maddi imkanların nümayişi kimi mövzular ön plana çıxıb.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.