Antalya şəhərində ailə quran gənc cütlük toy mərasimində aldıqları hədiyyələrlə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, bəyin nənəsi yeni evlənənlərə ev, son model avtomobil və tarla hədiyyə edib. Toy zamanı elan olunan bu hədiyyələr mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Hadisənin görüntüləri qısa zamanda sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər nənənin nəvəsinə etdiyi bu jesti böyük sevgi və dəstək nümunəsi kimi qiymətləndiriblər. Digərləri isə bu qədər bahalı hədiyyələrin nümayiş etdirilməsini mübahisəli hesab edərək müxtəlif rəylər yazıblar.
Müzakirələrdə xüsusilə toy ənənələri, ailə dəstəyi və maddi imkanların nümayişi kimi mövzular ön plana çıxıb.
Musa
Milli.Az