Türkiyə

Türk Hava Yolları 10 ölkəyə uçuşları ləğv etdi

28 Fevral 2026 15:16
Baxış: 453
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türk Hava Yolları (THY) 10 ölkəyə uçuşların ləğv edildiyini bəyan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə THY-dən məlumat verilib.

"Bəzi Yaxın Şərq ölkələrində hava məkanının bağlanması səbəbindən Livan, Suriya, İraq, İran və İordaniyaya uçuşlarımız martın 2-nə qədər, Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Omana isə 28 fevral üçün ləğv edilib. Hava məkanındakı vəziyyət daim izlənilir və əlavə uçuşların ləğvi baş verə bilər", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. "Aslanın nərəsi" adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.