Şou-biznes

Edislə bağlı qərar verildi

28 Fevral 2026 10:17
Baxış: 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Edis xaricdən qayıdarkən İstanbul Havalimanında saxlanılıb.

Milli.Az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun narkotik araşdırması çərçivəsində polis tərəfindən bölməyə aparılan müğənnidən ifadə alınıb, həmçinin qan və saç nümunələri götürülüb.

Prosedurlar tamamlandıqdan sonra o, məhkəmə nəzarəti qətimkan tədbiri ilə sərbəst buraxılıb. İstintaq davam edir.

Edis isə açıqlamasında məsələyə heç bir aidiyyəti olmadığını və rəsmi proseslərdə əməkdaşlığa hazır olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.