Maraqlı

"Anam kasıbla evlənib həyatımı MƏHV ETDİ" - VİDEO

28 Fevral 2026 16:26
Baxış: 684
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Küçədə banan satan bir səyyar satıcının anası ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çətin həyat şəraitindən şikayətlənən satıcı yaşadığı durumun səbəbini ailə seçimində görüb. O, emosional şəkildə bunları deyib:

"Anam zənginlə evlənməyib, kasıbla evlənib. Mənim həyatımı məhv etdi".

Onun bu sözləri qısa zamanda yayılaraq müxtəlif reaksiyalar doğurub. Bəzi sosial şəbəkə istifadəçiləri gəncin çıxışını çarəsizlik və ümidsizlik nümunəsi kimi dəyərləndirib. Onlar bildiriblər ki, maddi sıxıntı içində böyüyən insanların bəzən emosiyalarına hakim ola bilməməsi təbiidir.

Digər qrup isə valideynləri günahlandırmağın düzgün olmadığını vurğulayıb. İzləyicilər qeyd ediblər ki, insanın taleyi yalnız valideyn seçimi ilə müəyyənləşmir və hər kəs öz həyatına görə məsuliyyət daşıyır.

Mövzu cəmiyyətdə sosial bərabərsizlik, maddi imkanlar və ailə məsuliyyəti kimi məsələləri yenidən gündəmə gətirib. Hazırda görüntülər sosial platformalarda yayılmaqda davam edir.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.