Sosial şəbəkələrdə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən və "Gecə sanatoriyası" adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı iddialar yayılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iddialarla bağlı ərazidə quruculuq işləri aparan şirkəti açıqlama yayıb.
Şirkətin nümayəndəsi Vüqar Ələkbərov bildirilib ki, müvafiq qərarla tikinti işlərinin aparılması və çoxmərtəbəli yaşayış binalarının inşası üçün ayrılıb:
"Bütün lazımi sənədlər mövcuddur. Bu ərazi uzun müddət baxımsız vəziyyətdə qalmışdı və tərəfimizdən hazırda təmizləmə işləri aparılıb. Aparılan işlər qanun çərçivəsində ETSN-in Dövlət Ekoloji Ekspertiza agentliyinin müsbət rəyi əsasında həyata keçirilir. Ağacların hər biri rəsmi formada qeydiyyata alınıb və mütəxəssislərin iştirakı ilə digər əraziyə köçürülüb. Onlara aqrotexniki qaydada qulluq göstərilir və yaşıllıqların qorunması təmin edilir".
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən mövzu ilə bağlı bildirilib ki, məsələ araşdırılır.
Qaradağ Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Lökbatan qəsəbəsində yerləşən keçmiş "Gecə sanatoriyası"nın uzun müddət baxımsız qalmış ərazisində hazırda təmizlənmə işləri aparılır:
"Ərazi illərlə istifadəsiz qaldığı üçün həm sanitar, həm də təhlükəsizlik baxımından ciddi problemlər mövcud idi. Aparılan bütün işlər qanunvericiliyə uyğun şəkildə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəsmi müsbət rəyi əsasında həyata keçirilir. Yaşıllıqlar əvvəlcədən identifikasiya olunmuş, hər bir ağac qeydiyyata alınıb. Köçürülməsi mümkün olan ağaclar mütəxəssislərin iştirakı ilə başqa əraziyə transplantasiya edilib".
Milli.Az





