Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepr şəhərində yaşayış binasına raket zərbəsi endirib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında məlumat yayıb.
O bildirib ki, hücum nəticəsində 3 dinc sakin xəsarət alıb.
Əraziyə gələn xilasedicilər müvafiq tədbirlər görür.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun