Dünya

“Arvadın hamilə olanda başqası ilə münasibətdə olmusan” - VİDEO

28 İyun 2024 13:30
Baxış: 2 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin hazırkı Prezidenti Co Bayden sabiq Prezident Donald Trampı təhqir edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, prezidentliyə namizədlərin ötən gün baş tutan debatında Bayden Trampın "sahibsiz pişik" kimi əxlaqi prinsiplərə sahib olduğunu bildirib.

"Mülki cərimələrə əsasən, bir qadını ictimai yerdə "ovladığına", arvadın hamilə ikən başqası ilə cinsi əlaqədə olduğuna görə neçə milyard dollar ödəməlisən? Siz nə danışırsınız? Sizdə sahibsiz pişiyin əxlaqı var", - deyə Bayden CNN efirində bu fikirləri səsləndirib.

Tramp isə cavabında "Mən başqası ilə cinsi əlaqədə olmamışam" deyə bildirib.

Qeyd edək ki, Trampın Stefani Kliffordla 2006-2007-ci illərdə münasibətlərinin olduğu iddia edilir. Bildiirlir ki, bu məlumatın üzə çıxmaması üçün 2016-cı ildə prezident kampaniyasının gedişatında pornoulduza Trampın vəkili Maykl Koen tərəfindən 130 min dollar ödənib və maliyyə sənədləri saxtalaşdırılıb. Tramp isə iddiaları yalanlayaraq əsassız olduğunu deyib.

Bu ilin may ayında Tramp 34 ittiham üzrə təqsirli bilinib. Ona iyulun 11-də hökm oxunacaq. Sabiq Prezidenti  20 ilə qədər həbs gözləyir. O, ABŞ tarixində cinayətdə təqsirli bilinən ilk keçmiş prezident olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.