Mədəniyyət

Aşiq Şəmşirə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi başa çatib - FOTO

25 May 2024 15:31
Baxış: 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə təqdim etdiyi XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, el havaları və dastanların mahir ifaçısı, əbədiyaşar Aşıq Şəmşirin əziz xatirəsinə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi başa çatıb. Layihənin növbəti günləri Aşıq Elbrus və Aşıq Şöhrətin çıxışı ilə dastan axşamı, Aşıq Şəmşirə həsr olunmuş konfrans baş tutub. Konfransda professor, Əməkdar elm xadimi, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı,  Aşıqlar Birliyinin Gəncəbasar Filialının sədri Elbrus Hüseyinov, aşıqlar Gündüz Əzimov, Vüqar Qurbanov Aşıq, Anar Abdullayev çıxış ediblər. 

Layihənin sonuncu günü keçirilən gecədə iştirak edən Aşıq Şəmşirin nəvəsi Cavid Qurbanov çıxışında ikinci dəfə keçirilən layihəni yüksək qiymətləndirərək təşkilatçılara öz təşəkkürünü bildirib.

Konsert proqramında Əməkdar mədəniyyət işçiləri Fətullah Əliyev, Əhliman Allahverdiyev, İlqar Əhmədov, Ədalət Dəlidağlı,  İbadət Allahverdiyev, o cümlədən Şöhrət Kərimov, Elbrus Hüseynov, Əfqan Məmmədov, Nizami Şirinov, Yaşar Abbasov, Anar Abdullayev, Mirəli Mehdiyev, Vüqar Qurbanov, Firəddin Mehdiyev, Saleh Tağıyev, Zülfüqar İsmayılov "Qəhramanı", "Şəqayi Gəraylı", "Güllü qafiyə", "Dağlar oğluyam", "İncəgülü", "Yüngül şərili" şeirləri ilə  çıxış ediblər.

Qeyd edək ki, aşıq sənətinə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi ilk dəfə Aşıq Ələsgərə həsr olunmuşdur.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.