Bəzən danışmaqdansa susmaq yaxşıdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Parlament ölkənin ali qanunverici orqanıdır və təbii ki, bu strukturda təmsil olunanlar, çalışanlar orta statistik vətəndaşdan fərqlənməlidir.
Məntiqə görə, çünki həmin vətəndaş seçkilərdə səs verərək parlament üzvlərini seçirlər.
Seçilənlərlə seçənlər arasında oxşarlıqlar və fərqlər cəmiyyətin durumunu, sosiumun vəziyyətini əks etdirir.
Problem onda yaranır ki, seçilmişlər danışdıqları sözləri, işlətdikləri ifadələri seçməsinlər, sıralasınlar və kəmiyyəti keyfiyyətə qurban versinlər.
"Orda bir tam məxfi qrup var, bir də məxfi. Mənim ətrafımdakılar harada işlədiyimi bilirdilər, amma nə iş gördüyümü bilmirdilər. Bunu ancaq iş yoldaşlarım və rəislərim bilirdi", - Milli Məclisin üzvü Arzu Nağıyev ölkə mediasına verdiyi növbəti müsahibəsində belə deyib.
Əslində, tam doğru deyib və vəziyyət indi də belədir.
Cənab Nağıyevin harada işlədiyini ətrafındakılar bilir, amma nə iş gördüyünü bilmirlər.
O, sürəkli olaraq "media orqanında rəhbər" çalışdığını da söyləyir. Doğrudur.
İnformasiya Agentliyində çalışanda onun iş yoldaşları belə, cənab Nağıyepvin nə iş gördüyünü dəqiq bilmirdilər.
Ümid edirik Milli Məclisin artıq buraxılmış heyətinin mənsubları nə isə bilirlər.
"Döyüş zamanı bir dəfə hiss elədim ki, snayper başımı nişan alıb. Avtomatı alnıma tutdum, atəş açıldı, avtomatın dəstəyi alnımı parçaladı. Qan axa-axa ailəmi düşünürdüm ki, uşaqlar balacadır, çətin dövrdür. Ölümü o qədər yaxından bir tək onda düşündüm. Vəssalam. İşimlə bağlı həmişə əldə silah, cinayətkar dəstələrin üstünə getmişəm. Narkotiklər və insan alveri şöbələrində çalışmışam. Ota Asiyada əməliyyatlarda olmuşam. Təhlükə hər an bir addımlığımda olub", - deyib A.Nağıyev.
Doğrudur, elə bir əməliyyait olub. Fəqət ki, həmin əməliyyatın təfərrüatları tam fərqlidir, deyildiyi kimi deyil və bunu cənab Nağıyev bilir - həmin əməliyyatın digər iştirakçıları kimi.
Onlar isə yəqin ki, deyilənlərlə razılaşmayacaqlar. Amma olsun - əyyami qədimlərdən gələn bir kəlam var: "Olan olub, keçən keçib".
Bu günlərdə isə o, Azərbaycanda narkoticarət və narkomaniyaya qarşı mübarizəyə həyatının illərini verdiyini deyib.
Ola bilər, mümkündür. Fəqət, həmin sahədə gerçəkdən də çalışanlar, narkotacirlərlə mübarizədə dövlətin maraqlarını və cəmiyyətin mənafelərini qorumaq üçün həyatlarını təhlükəyə atanlar bir qayda olaraq, fəaliyyətlərindən bəhs etmək istəmirlər.
Peşəkar olduqları üçün.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
XƏBƏR LENTİ
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
Bakı Dəmiryol Vağzalında 11 yeni turniket quraşdırıldı
-
İkinci sertifikasiya kimlərə şamil olunacaq?
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Əşrəf Dahruc vəfat etdi





