Dünya

Almaniyada Cessna təyyarəsi tarlaya düşdü

14 Sentyabr 2026 17:10
Baxış: 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Almaniyanın Erkelenz şəhərində kiçik təyyarə qəzaya uğrayıb. 

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki,  hadisə nəticəsində 3 nəfər həlak olub. 

Polisin məlumatına görə, Cessna təyyarəsi səhər saat 11:20 radələrində Mönhenqladbaxın cənubundakı Erkelenz-Gerderat kəndi yaxınlığındakı tarlaya düşüb. Ekipaj və qəzaya səbəb olan hallar barədə təfərrüatlar hələlik məlum deyil.

Hazırda yanğınsöndürmə briqadası və polis hadisə yerindədir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.