Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda şəhər və rayonlarda sahibsiz heyvanların idarə olunması məqsədilə xüsusi müəssisələrin yaradılması nəzərdə tutulur.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qabil Əbdüləliyev agentliyin yaydığı videomaterialda bildirib.
Onun sözlərinə görə, yeni təsdiq edilmiş "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üçün Dövlət Proqramı"nda qida təhlükəsizliyi ilə bağlı müxtəlif tədbirlərlə yanaşı, ölkənin bioloji təhlükəsizliyinin gücləndirilməsi də əsas istiqamətlərdən biri kimi müəyyən edilib.
Dövlət Proqramında zoonoz xəstəliklərə qarşı yeni mübarizə strategiyasının hazırlanması, bu sahədə kadr potensialının artırılması, xəstəliklərdən azad zonaların yaradılması və sahibsiz heyvanların idarə olunması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Q.Əbdüləliyev qeyd edib ki, sahibsiz heyvanlar dünyanın bir çox ölkəsində aktual problem olaraq qalır və zoonoz xəstəliklərin yayılmasında mühüm rol oynayır. Bu baxımdan Azərbaycanda da sahibsiz heyvanların idarə olunması istiqamətində sistemli tədbirlərin görülməsinə ehtiyac var.
Dövlət Proqramına uyğun olaraq, ölkənin şəhər və rayonlarının inzibati ərazi vahidlərində sahibsiz heyvanların məskunlaşma vəziyyəti və sayından asılı olaraq müvafiq müəssisələrin yaradılması planlaşdırılır.
AQTA həmin müəssisələrin layihələndirilməsi, tutulan heyvanların heyvan rifahı və baytarlıq tələblərinə uyğun saxlanılması və idarə edilməsi istiqamətində metodiki dəstək göstərəcək. Eyni zamanda müəssisələrin qeydiyyata alınması, qəbul edilən heyvanların identikləşdirilməsi və digər zəruri prosedurların həyata keçirilməsinə metodiki köməklik göstəriləcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
XƏBƏR LENTİ
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
Bakı Dəmiryol Vağzalında 11 yeni turniket quraşdırıldı
-
İkinci sertifikasiya kimlərə şamil olunacaq?
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Əşrəf Dahruc vəfat etdi





