Cəmiyyət

Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

14 Sentyabr 2026 17:59
Baxış: 391
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir.

Milli.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə yerləşən dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və dövlət adından yaradılan publik hüquqi şəxslərdə 2026-cı ilin sentyabrın 15-dən başlayaraq 2 ay müddətində sınaq məqsədilə dəyişkən iş qrafiki tətbiq olunacaq.

Qeyd olunan qurumlarda iş vaxtı 3 müxtəlif rejimdə (08:00-17:00, 09:00-18:00 və 09:30-18:30) və hər rejim üzrə işçilərin 30 faizindən az olmaması şərtilə təşkil ediləcək.

Həmin müddətdə nəqliyyat sıxlığının aidiyyəti dövlət orqanları tərəfindən qiymətləndirilməsi aparılacaq və sınaq nəticələrinin təhlilinə əsasən iş rejimi ilə bağlı yekun təkliflər hazırlanacaq.

Qeyd edək ki, iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tapşırığa əsasən həyata keçirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.