Kriminal

“Qara bazar”da dəyəri 3 milyon manat olan narkotik ələ keçirildi - VİDEO

26 İyun 2024 11:55
Baxış: 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən may ayı ərzində narkotiklərin dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 24 əməliyyat keçirib.

İdarədən Milli.Az-a verilən məlumata görə, nəticədə 26 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb.

Onlardan 9-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olublar. Əməliyyatlarla "qara bazar"da dəyəri 3 milyon manat olan 165 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin, metamfetamin, tiryək, 9900 ədəd psixotrop tərkibli metadon, tramadol, lirika həbi ələ keçirilib.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılanlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən qanunsuz yollarla ölkəmizə göndərilən narkotikləri maddi qazanc müqabilində əldə edərək müxtəlif ünvanlara yerləşdirməli idilər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkotiklərin dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.