Sağlamlıq

Meyvələri bu qayda ilə yemədikdə orqanizm zəhərlənir

29 İyun 2024 06:30
Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müntəzəm olaraq mövsümi meyvələrdən istifadə etmək orqanizmin vitamin ehtiyacını ödəməyə kömək edir.

Sağlam qidalanma üçün meyvə istehlakı böyük əhəmiyyət kəsb edir. Bununla belə, meyvələrlə bağlı son araşdırmaların nəticələri hər kəsi təəccübləndirib.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, meyvə istehlak etməyin doğru zamanı olduğunu vurğulayan mütəxəssislər milyonlarla insanın bir ömür boyu meyvələri səhv istehlak edərək xəstəlik riskini artırdığını açıqlayıblar.
Meyvələrin istənilən vaxt istehlak edilməsinin sağlamlıqla bağlı ən böyük yanlışlardan biri olduğu vurğulanıb.

Meyvələrlə bağlı aparılan son araşdırmalar nəticəsində məlum olub ki, biz illərdir meyvələri səhv istehlak edərək, fərqində olmadan bədənimizi yavaş-yavaş zəhərləyirik.

Alimlər meyvələrin ancaq və ancaq acqarına istehlak edilməli olduğunu bildirirlər. Tox qarnına yeyilən meyvələr orqanizmə toksik təsir göstərir.

Bundan əlavə, meyvə yemək üçün ən yaxşı vaxt günorta və axşamdır. Meyvə heç vaxt səhər və axşam yatmazdan əvvəl istehlak edilməməlidir. Çünki bu hallarda onların tərkibindəki vitaminlərdən tam yararlanmaq olmur.

Banan, avokado və ananas kimi meyvələr qəhvə ilə birlikdə istehlak edildikdə maddələr mübadiləsini sürətləndirir.

Giləmeyvələr isə acqarına istehlak edildikdə qan hüceyrələrinin sayını artırır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.