Məşhur mahnının həsr edildiyi qəhrəmanın qızı: "Onunla görüşmək üçün..." - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Atama demişdilər ki, müharibəyə yararsızdır, səhhətinə görə Bakıda qalmalıdır. Ancaq o bununla razılaşmayıb, canını yox, vətənini seçib".
Milli.Az bildirir ki, bunu Azvision.az-a açıqlamasında "İgid əsgər, möhkəm dayan" mahnısının həsr olunduğu Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Yusif Mirzəyevin qızı Nurlana Mirzəyeva deyib. O bildirib ki, atasının anım günündə onun adını daşıyan 44 nömrəli məktəbə gedib və qəhrəmana həsr olunmuş tədbirdə iştirak edib:
"Sağ olsunlar, onun adını daşıyan məktəb hər il atamı yad edir. Döyüş yoldaşları da bizi tək qoymurlar. "İgid əsgər, möhkəm dayan" mahnısının ifaçısı Şəmistan Əlizamanlı ilə tez-tez əlaqə saxlayıram, Qarabağ qazisi Rey Kərimoğlu da bizi unutmur.
Lakin bir müddət keçdikdən sonra onun səhhəti pisləşib. Yerləşdirildiyi xəstəxanada hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı ilə eyni otaqda müalicə alıb. Onları müalicə edən həkim Şahin Musaoğlu bir gün yaxınlaşaraq deyib ki, vətənpərvərlik mövzusunda bir mahnı yazıb. Mahnı barədə qısa söhbətdən sonra Mirzəyev həmin mahnının sözlərini çox bəyəndiyini bildirib. Və Şəmistana bu mahnını oxumasını xahiş edib. Ş. Əlizamanlı isə mahnını mütləq oxuyacağını və ona həsr edəcəyinə söz verib. Yusif Mirzəyev tam sağalmamış yenidən cəbhəyə qayıtmaq istədiyini bildirib. Səhhətinin ağır olduğu deyilsə də, o: "Bilirəm, canım əldən gedir, ancaq vətən də əldən gedir", - deyərək yenidən cəbhəyə qayıdıb.
1993-cü il 19 fevralda Ağdərədə mühasirəyə düşmüş əsgərləri xilas etməyə çalışarkən özü şəhid olub. Həmin ilin martında Yusif Mirzəyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Şəmistan Əlizamanlı isə söz verdiyi "İgid əsgər, möhkəm dayan" mahnısını ifa edərək Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə həsr edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Bakının bu ərazisində bulvar salınır (Video)
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
XƏBƏR LENTİ
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
-
Bakının bu ərazisində bulvar salınır (Video)
-
41 yaşlı Modriç yenə tarix yazdı
-
Rusiyada bu hava limanı bağlandı
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
İspaniya İngiltərəni səfərdə uddu
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir





