Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
"27 Sentyabr Azərbaycan xalqının müasir tarixində həm dərin hüznün, həm də böyük qürurun bir araya gəldiyi müqəddəs gündür".
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, bu tarix Vətən müharibəsinin başlandığı gün olmaqla yanaşı, xalqımızın azadlıq iradəsinin, milli birliyinin və torpaq sevgisinin sınağa çəkildiyi, Azərbaycanın öz haqqını bərpa etmək uğrunda ayağa qalxdığı tarixi məqamdır. "Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 27 Sentyabrın Anım Günü elan edilməsi Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsinə dövlət və xalq ehtiramının ifadəsidir. Bu gün biz yalnız 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızı deyil, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını fəda etmiş bütün övladlarımızı dərin ehtiramla yad edirik. Birinci Qarabağ müharibəsinin ağrı-acıları, uzun illər davam edən işğal, yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin salınması xalqımızın yaddaşında silinməz iz buraxmışdı. Lakin Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmadı, tarixi ədalətin bərpa olunacağı günə inamını itirmədi."
K.Qafarov 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlamasının daməhz bu iradənin təzahürü olduğunu vurğulayıb: "Qırx dörd gün ərzində cəbhədə yaşananlar təkcə hərbi əməliyyatlar deyildi. Bu, xalqın öz Vətəninə bağlılığının, dövlətinə inamının və milli ruhunun möhtəşəm nümayişi idi. Azərbaycan əsgəri hər bir yüksəkliyə, hər bir kəndə, hər bir şəhərə doğru irəliləyərkən arxasında milyonların duasını, dəstəyini və sarsılmaz inamını hiss edirdi. Vətən müharibəsində əldə olunan Qələbənin ən böyük müəllifləri sırasında qəhrəman əsgər və zabitlərimiz xüsusi yer tutur. Onların şücaəti, fədakarlığı və döyüş əzmi Azərbaycanın hərb tarixinin ən şərəfli səhifələrini yaratdı. Şəhidlərimiz həyatlarını Vətən naminə fəda etməklə xalqımıza azad torpaqlarda yaşamaq qürurunu bəxş etdilər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, onların qəhrəmanlığı artıq dastana çevrilib və bu dastan gələcək nəsillərin vətənpərvərlik məktəbi olacaq. 27 Sentyabrın mənəvi mahiyyəti də məhz bundadır: bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyir, onların bizə miras qoyduğu azadlıq və Qələbənin məsuliyyətini bir daha dərk edirik.
Şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə onların arzuları gerçəyə çevrildi. Anım Günü yalnız keçmişə nəzər salmaq deyil, həm də gələcəyə məsuliyyətlə baxmaq günüdür. Bu gün azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, şəhər və kəndlərin yenidən dirçəldilməsi, insanların öz doğma yurdlarına qayıdışı şəhidlərimizin müqəddəs amalının davam etdiyini göstərir. Azərbaycan bu gün qalib xalq, müzəffər dövlət kimi yaşayır. Bu qürurlu tarixin arxasında isə Vətən uğrunda canından keçən şəhidlərimizin əbədi adı, qəhrəman əsgər və zabitlərimizin şücaəti dayanır.
27 Sentyabrda milyonlarla azərbaycanlı eyni duyğu ilə şəhidlərinin xatirəsi qarşısında baş əyir və qətiyyətlə bildirir: onların müqəddəs xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq."
DİGƏR XƏBƏRLƏR
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
-
Bakının bu ərazisində bulvar salınır (Video)
-
41 yaşlı Modriç yenə tarix yazdı
-
Rusiyada bu hava limanı bağlandı
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
İspaniya İngiltərəni səfərdə uddu
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)





