Mədəniyyət

“Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc rəsm festivalı keçirildi - FOTO

25 May 2024 16:01
Baxış: 1 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi,     Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı ,Azərbaycan Televiziya və  Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti,  Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənə Mərkəzi, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi , Beynəlxalq Suluboya Cəmiyyəti Xətai  Uşaq Sənəti Qalereyasının təşkilatçılığı  ilə 28 may-  Azərbaycanın Müstəqillik Gününə

həsr olunmuş  "Azərbaycanım" Beynəlxalq VII Uşaq və Gənc rəsm  festivalı  Xətai Rayon İcra Hakimiyyətinin qarşısında işinə başladı.

Festivalı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, xalq rəssamı, professor Ağaəli İbrahimov, Xətai Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağızadə, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov ürək sözlərini festival iştirakçıları ilə bölüşdülər.

Musiqi nömrələri və iştirakçıların rulon akvarel kağız üzərində sulu boya ilə bir gül əsəri işləməklə davam edən festival nahar fasiləsi, akvarelçi rəssam Səbinə İskəndərin ustad dərsi ilə davam etdi və günün sonunda festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom, yerlərə görə mükafatla və hədiyyələrlə mükafatlandırıldılar, festival təntənəli bağlanışla sona çatdı.

Nəzərinizə çatdıraq ki, "Azərbaycanım" Beynəlxalq VII Uşaq və Gənc Rəsm  Festivalının iştirakçıları festival  çərçivəsində elan olunmuş akvarel texnikasında mövzusu güllər olan müsabiqəyə 2500-ə yaxın  8-21 yaş arası Azərbaycan gəncləri ilə yanaşı, Türkiyə,İran,Peru,Litva,Gürcüstan,Yaponiya,Vyetnam, Hindistan vətəndaşı qatılmışdır və bu sərgilərdə 800-ə yaxın əsər yaş qrupuna uyğun sərgilənmiş və bu sərgilərdən hər yaş qrupu üzrə  10 əsərin müəllifi festivala dəvət alıb, həmçinin sərgilərdə iştirak edən xarici vətəndaşlara sertifikat,festivala seçilən əsərlərin müəlliflərinə isə  festivalın diplomu ilə göndəriləcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.