İdman

"Qarabağ" klubu mükafatlandırıldı

26 May 2024 23:37
Baxış: 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2023-2024-cü illər mövsümünə yekun vurulub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, "Azersun Arena"da baş tutan sonuncu - XXXVI turun "Qarabağ" - "Araz-Naxçıvan" oyunundan sonra mövsümün qalibinin mükafatlandırma mərasimi keçirilib.

11-ci dəfə ölkə çempionluğunu təmin etmiş "Qarabağ" komandasına qızıl medallarla yanaşı, çempionluq kuboku təqdim olunub.

Mükafatları futbolçulara AFFA-nın prezidenti Rövşən Nəcəf və digər rəsmi şəxslər veriblər.

Qeyd edək ki, mövsümü ilk pillədə başa vuran "Qarabağ" Çempionlar Liqasına, "Zirə" ikinci sırada qərarlaşaraq Avropa Liqasına vəsiqə qazanıb. "Sabah" üçüncü, "Sumqayıt" isə dördüncü yeri tutaraq Konfrans Liqasında mübarizə aparacaqlar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.