Dünya

Fransanın Şri-Lankadakı səfiri iqamətgahında ölü tapılıb

26 May 2024 23:43
Baxış: 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın Şri-Lanka və Maldiv adalarındakı səfiri Jan-Fransua Pakte Kolombodakı iqamətgahında ölü tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Şri-Lanka Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Şri-Lanka Xarici İşlər Nazirliyi Fransanın Şri Lanka və Maldiv adalarındakı səfiri Zati-aliləri Jan-Fransua Paktetin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir", - məlumatda deyilir.

Qurum fransız diplomatın ölüm səbəbini açıqlamayıb.

Eyni zamanda "The Daily Mirror" qəzeti 53 yaşlı səfirin ölüm səbəbinin infarkt olduğunu bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.