Ölkə

Bakıda müğənni geyiminə görə toydan qovuldu

22 May 2024 17:04
Baxış: 10 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda toyda qeyri-adi hadisə yaşanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Bakıdakı şadlıq saraylarından birində baş verib. Bəy öz atasını və müğənnini toyundan qovub.

Hadisəyə müğənninin açıq-saçıq geyimi səbəb olub. Məlumata görə, atanın başı toydan çox həmin müğənniyə qarışıb. Onunla çox rəqs edib və uzun müddət ətrafında dolaşıb. Bu da bəyin xoşuna gəlməyib.

Nəticədə əsəbiləşən bəy atasını və müğənnini toydan qovub.

Xanım müğənninin adı çəkilməsə də, onun tanınmış və fəxri adı olduğu bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.