Türkiyə

Düzənlikdən inanılmaz görüntülər: 24 çuxur bir kadrda - FOTOlar

24 Sentyabr 2024 01:01
Baxış: 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Konya düzənliyində iqlim dəyişikliyi, quraqlıq və yeraltı suların nəzarətsiz istifadəsi nəticəsində qəfil əmələ gələn dairəvi çuxurların sayı günü-gündən artır. Bu vəziyyət bölgə sakinlərini ciddi narahat edir.

Milli.Az bildirir ki, oxu.Az-ın verdiyi məlumata görə, Türkiyə mediasında karst çuxurlarının görüntüləri yayılıb. Onların arasında hətta 24 çuxurun bir kadrda olduğu görüntü də var.

Bildirilir ki, video Karapınar rayonunun şimal-qərbində yerləşən Reşadiye məhəlləsindəki əkin sahələrində çəkilib. Bildirilir ki, burada 5 metrə qədər ara məsafəsi olan müxtəlif ölçülü 100-dən çox çuxur müəyyən edilib.

Elm adamları, bölgədə kənd təsərrüfatı sahələri və yaşayış məntəqələri olduğu üçün vəziyyətin ciddi təhlükə yaratdığını bildiriblər. O da vurğulanır ki, Konya vilayətində ümumi sayı 620-yə çatan iri və kiçik ölçülü çuxurlar var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.