Ölkə

Bakıda 8 ailənin yaşadığı binada təhlükə - VİDEO

23 Sentyabr 2024 20:04
Baxış: 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Buzovna qəsəbəsi 8 Mart küçəsində yerləşən ikimərtəbəli, səkkiz ailənin yaşadığı bina qəza vəziyyətdədir.

Milli.Az xəbər verir ki, bu barədə Bakı.vs məlumat yayıb.

Bildirilib ki, binanın əsas konstruksiyaları köhnə və yararsız taxta parçalarından ibarətdir ki, bu da orada yaşayan sakinlərin təhlükəsizliyini ciddi şəkildə təhdid altında qoyur

Sakinlərin məlumatına görə, bina illərdir təmir edilməyib və hazırda yaşayış üçün tamamilə yararsız hala düşüb. Çatlamış divarlar, çürümüş döşəmələr və təhlükəli konstruksiya elementləri də mövcuddur.

Bu şəraitdə yaşayan ailələr hər gün həyatlarını təhlükəyə atırlar. Onlar dəfələrlə müvafiq qurumlara müraciət ediblər, lakin hələ də heç bir tədbir görülməyib.

Sözügedən görüntüləri təqdim edirik:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.