Ölkə

İlham Əliyevin sərhəd tapşırığı: Zəngəzurda nələr ola bilər?

23 Sentyabr 2024 23:54
Baxış: 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyev Milli Məclisdə çıxışı zamanı sərhədin müdafiəsinin gücləndirilməsini növbəti vəzifə olaraq qeyd etdi. Sərhədin möhkəmləndirilməsini zəruri edən birdən çox səbəb mövcuddur.

Milli.Az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

Birincisi, səbəbi texniki olaraq qiymətləndirmək olar. Qarabağın azad edilməsindən sonra Ermənistanla uzunluğu 500 kilometr olan şərti sərhəddə ordumuzun mövqeləri gücləndirilməli, yeni mühəndislik işləri aparılmalıdır. Dağ relyefi görülməli olan işləri ikiqat çətinləşdirir.

İkincisi, Ermənistanın mümkün təxribat hücumlarıdır. Hazırda İrəvana Avropadan tutmuş Hindistana qədər müxtəlif ölkələrdən silah partiyaları axır. Bununla yanaşı, Ermənistan ordusunun gücləndirilməsi istiqamətində ABŞ da daxil olmaqla bir sıra ölkələr yaxından iştirak edir. Cəsarətlənən İrəvanın sərhəddə üstünlük qazanmaq, eləcə də maraqlarına uyğun olmadığını hesab etdiyi danışıqlar gündəliyini dəyişdirmək və Qərbin kollektiv dəstəyini əldə etmək üçün eskalasiyanın yaradılması məqsədilə təxribatlar törədə biləcəyi mümkün perspektivdir.

Üçüncüsü, Qərbi Zəngəzur ABŞ, Avropa, Rusiya və İran, hətta Çinin də maraqlarının toqquşduğu geosiyasi hesablaşma poliqonuna çevrilir. Və bəllidir ki, bu hesablaşma məhz Azərbaycan-Ermənistan sərhədində mümkün toqquşmaları şərtləndirə bilər.

Və bütün bunların fonunda Azərbaycan-Ermənistan şərti sərhədinin dəyişməsi - sərhəd xəttinin Qərbi Zəngəzurun dərinliklərinə doğru çəkilməsi perspektivi də həmişə aktualdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.