Ölkə

Qatar biletlərini endirimlə necə ala bilərik?

23 Sentyabr 2024 23:38
Baxış: 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) müştərilərinə daha çevik və münasib qiymət imkanları təqdim etmək məqsədilə 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçir.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu yanaşma sərnişinlərə səyahətlərini daha rahat və sərfəli planlaşdırmağa imkan verəcək.

Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişəcək. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlər real vaxtda qiymətləri izləmə və ən uyğun səyahət vaxtını seçmə şansı yaradılır. Artıq səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər maksimum 15% endirimdən yararlana biləcəklər. Bu da o deməkdir ki, sərnişinlərin sürətli qatarlarla Ağstafaya 14,5 AZN, Qəbələyə isə 12 AZN-ə bilet əldə etmək şansı var. 

Yeni dinamik qiymət siyasəti müştərilərə daha geniş seçim təqdim edir: "Sərnişinlər səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilərlər. Qiymətlər alış tarixinə, həftənin gününə və oturacaq istiqamətinə görə müəyyən edilir. Bu dinamik tarif modeli erkən alış edən sərnişinləri mükafatlandırır, həmçinin öncədən əlavə qatarların (reyslərin) təyin edilməsində ADY üçün planlaşdırma imkanları yaradır".

Qeyd edək ki, Bakı-Qəbələ-Bakı marşrutu üzrə sadəcə həftə sonları sərnişindaşıma fəaliyyəti olduğu üçün bu xətt üzrə həftənin gününə görə dəyişkən qiymət siyasəti nəzərdə tutulmayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.